![](uploads/90172DCIM6424.JPG) Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün bombardiri adını “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Quintana qazandı. 36-cı turun AZAL ilə keçirilən görüşündə sonuncu – 3-cü qolun müəllifi olan Dani qollarının sayını 15 etdi. Bununla da Nelson Bonillanı qabaqlayan Dani Premyer Liqanın ən sərrast oyunçusu oldu. İspaniyalı futbolçuya xüsusi mükafat bu gün keçirilən “Qarabağ” – AZAL görüşündən dərhal sonra təqdim olundu.
|