![](uploads/10343pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XXXIV turunun AZAL – “Zirə” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXXIV turunun “Kəpəz” – “Neftçi” matçının 90-cı dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 49, 80, və 90-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXXIV turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 2 №-li futbolçusu Sahil Mirzəyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXIV turunun “Kəpəz” – “Neftçi” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXXIV turunun “Sumqayıt” – “Rəvan” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXXV turunun “Neftçi” – “İnter” matçının 73-cü dəqiqəsində “Neftçi” klubnun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXXV turunun “Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXXV turunun “Rəvan” – “Qarabağ” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 25-ci dəqiqəsində “Qarabağ” klubunun 4 №-li futbolçusu Eltun Yaqublu sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXV turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” və “Sumqayıt” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 34-cü dəqiqəsində “Sumqayıt” klubunun 23 №-li futbolçusu İlqar Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
I Divizionun XXVI turunun “Şərurspor” – “Bakı” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 84-cü dəqiqəsində “Bakı” klubunun 20 №-li futbolçusu Valeh Seyidov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXVI turunun “Bakılı” – “Göyəzən” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
I Divizionun XXVI turunun “Turan Tovuz” – “Şəmkir” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
I Divizionun XXVI turunun “Zaqatala” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
|