“Qəbələ” daha bir futbolçu ilə sıralarını gücləndirib. 2008-ci ildən Azərbaycan Premyer Liqasında top qovan türkiyəli futbolçu Muammer Erdoğdu ilə birillik müqavilə imzalanıb. Müdafiəçi artıq Qəbələdə təlim-məşq toplanışına start verən yeni komandasının sıralarına qatılıb. Qeyd edək ki, bir neçə gün öncə "Qəbələ" son iki mövsümü Portuqaliya Superliqasında “Vitoria" Setubalın heyətində keçirən braziliyalı Dieqo Koşta da Silva ilə 2 illik müqavilə imzalayıb.
|