2012/2013-cü il mövsümünün hazırlıqlarına başlayan "Qarabağ" bu gün Türkiyəyə yola düşüb. Yay təlim-məşq toplanışının ilk mərhələsində Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsindəki `Patalya` otelində məskunlaşacaq Ağdam təmsilçisi Türkiyənin paytaxtında hazırlığı 2 həftə davam etdirəcək. İyulun 14-ü Vətənə qayıdacaq komanda ayın 17-sində təlim-məşq toplanışının 2-ci mərhələsinə başlayacaq. Bu dəfə Boluda məskunlaşacaq "Qarabağ"ın təlim-məşq toplanışı iyulun 29-na qədər davam edəcək.
|