"Kəpəz" bu gün ikitərəfli oyun keçirib. Komandanın baş məşqçisi Fuad İsmayılov daha bir neçə futbolçu ilə bağlı son qərarını açıqlayıb. Belə ki, bu günlərdə baxışa qatılan gürcü futbolçular Georgi Qapidava və Georgi Kupraşvilinin oyunu İsmayılovu razı salmayıb. Baş məşqçi ukraynalı hücumçu Aleksandr Stepanişini də komandasında görmək istəməyib. Bundan başqa yerli futbolçulardan Nicat Abdullayev də oyunu ilə F.İsmayılovun etimadını qazana bilməyib. Bir neçə oyunçundan imtina edən "Kəpəz" əvəzində Beraya qardaşlarını sıralarına qatıb. Bir vaxtlar komandanın uğurları üçün vuruşan İrakli və Qoqa yenə də bir il müddətinə "Kəpəz"in formasını geyəcəklər. Hazırda "Kəpəz"in məşqlərində baxışda olan daha bir neçə futbolçu da var ki, onlarla bağlı son qərarı yaxın günlərdə baş məşqçi verəcək.
|