Gəncənin “Tərəqqi” klubu “açıq
qapı” günü təyin edib. Bu barədə məlumatı klubun mətbuat xidmətindən veriblər.
Məlumata görə, iyulun 2-dən etibarən məşqlərə
start verəcək komandanın gənc və perspektivli baş məşqçisi Mahmud Qurbanov
həmin gün saat 5-dən etibarən Gəncə şəhər stadionunda futbol qabiliyyəti olan
və futbolçu kimi özünə güvənən bütün gəncləri baxışa dəvət edir. Belə ki, bir
araya gələn komanda öz futbolçuları ilə yanaşı baxışa gələcək futbolçuları da
nəzərdən keçirəcək, onların qabiliyyətinə uyğun seçim ediləcək.
|