Türkiyədə təlim-məşq
toplanışında olan “Simurq” klubu hazırlıq prosesi çərçivəsində 3
yoldaşlıq görüşü keçirəcək. Artıq Zaqatala təmsilçisinin iki rəqibi məlumdur. “Simurq”
iyunun 29-da “Kocaelispor”la, iyulun 2-də isə “Spartak”la (Nalçik)
qarşılaşacaq. Qeyd edək ki, komandanın düşərgəsinə baxış üçün daha
2 yeni legioner futbolçu qatılıb. Bunlar macarıstanlı müdafiəçi
Kratsl Karol və albaniyalı hücumçu Vilfor Xisadır.
|