![](uploads/12115azkubokyeni.jpg) Bu həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinə start veriləcək. Aprelin 27-də kubok uğrunda mübarizəni davam etdirən komandalar ilk 1/2 final oyunlarına çıxacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin kubok yarışlarındakı əvvəlki duellərinin balansını təqdim edir.
Azərbaycan kuboku
1/2 final, ilk oyunlar
27 aprel (çərşənbə)
16. “İnter” – “Qarabağ” - 5 oyun, +2=1-2, top fərqi 5:4
Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununda “İnter” qalib gəlib. Yeganə final matçında isə “Qarabağ” üstün olub. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdıracaq. Əvvəlki oyunlara nəzər salsaq, “İnter” evdə quru hesablı qələbə qazanıb, “Qarabağ” isə öz meydanını qolsuz tərk etməyib.
2004/05
|
1/8 final
|
Qarabağ (Ağdam) - İnter (Bakı)
|
1:0, 0:2
|
2007/08
|
1/4 final
|
Qarabağ (Ağdam) - İnter (Bakı)
|
2:2, 0:1
|
2008/09
|
Final
|
İnter (Bakı) - Qarabağ (Ağdam)
|
0:1
|
17. “Neftçi” – “Qəbələ” - 1 oyun, +0=1-0, top fərqi 1:1
İndiyədək kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar iki il əvvəl finalda qarşılaşıblar. Heç-heçə başa çatan matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Neftçi” kubokun sahibi olub.
2013/14
|
final
|
Qəbələ - Neftçi (Bakı)
|
1:1, pen. 2:3
|
|