![](uploads/90282pflogo.jpg) Şənbə günü keçirilmiş iki oyunla əvəzedici heyətlərin ölkə birinciliyində 31-ci tura yekun vurulub. Paytaxt derbisində AZAL səfərdə “Rəvan”dan üstün olub. “Kəpəz”lə qarşılaşan “Sumqayıt” isə rəqibini məğlub edərək bir günlük fasilədən sonra yenidən ikinci pilləyə yüksəlib. “Rəvan” 2-3 AZAL (Xanlar Teymurov, 40; 75 // Elmin Çobanov, 8; 65; Seyidrəzi Ağayev, 21) “Sumqayıt” 2-0 “Kəpəz” (Ayaz Mehdiyev, 38; İlqar Hüseynov, 77 (p.))
|