Türkiyədə təlim-məşq toplanışında olan “Simurq”un düşərgəsinə
dörd yeni legioner futbolçu var. Bunlar Mozambik yığmasının üzvləri
müdafiəçi Joao Euriko Martins Aguair və hüçumçu Sonitodur. Bu
futbolçularla yanaşı serbiyalı yarımmüdafiəçi Novkoviç və makedoniyalı
hücuma meylli yarımmüdafiəçi Vasko Miterev də komanda ilə birlikdə gündəlik
məşqlərə çıxır. Hazırda baxışda olan bu futbolçular haqqında son qərarı baş məşqçi
Georgi Çixradze verəcək.
|