“Rəvan” klubunun əsas heyəti, yeni cəlb olunmuş futbolçular
və klubun əvəzedici komandasından bir neçə futbolçu yeni baş məşqçi Cevat Gülərin
rəhbərliyi altında məşqlərdə iştirak edirlər. Hazırlıq prosesinin birinci mərhələsində
nəzərdə tutulan bütün məşqlər gündə iki dəfə olmaq şərti ilə “Dalğa Arena”da
keçiriləcək. Qeyd edək ki, paytaxt təmsilçisi hazırlığın ikinci mərhələsini
Sloveniyada keçirəcək.
|