“Sumqayıt” klubu 2012/2013-cü il mövsümünün hazırlıqlarına
iyulun 2-də başlayacaq. Bernhard Raabın rəhbərlik etdiyi komanda təlim-məşq
toplanışı zamanı 5 yoxlama görüşü keçirəcək. Rəqiblərdən ikisinin kimliyi artıq
məlumdur. Belə ki, “Sumqayıt” klubundan verilən məlumata görə, komanda iyunun
19-da “Antalyaspor”, 26-da isə “Elazığspor”la üz-üzə gələcək. Qeyd edək
ki, “Antalyaspor” və “Elazığspor” gələn ay Qəbələdə təlim-məşq toplanışı
keçirəcək.
|