"Neftçi" PFK Unibank Premyer Liqasının qarşıdakı oyunlarına Türkiyənin Antalya şəhərində hazırlaşacaq. Klubdan verilən məlumata görə, yanvarın 11-də Türkiyəyə yola düşəcək paytaxt təmsilçisi "Mardansport" mehmanxanasında məskunlaşacaq və elə həmin gün mehmanxananın meydançasında məşq edəcək. İki mərhələdən ibarət olacaq hazırlıq prosesinin ilk mərhələsi əsasən fiziki məşqlərdən ibarət olacaq. Həmin dövrdə 2-3 yoxlama oyununun keçirilməsi də planlaşdırılıb. Təlim-məşq toplanışının ikinci mərhələsində isə "Neftçi" yanvarın 28-dən fevralın 3-dək keçiriləcək Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Qeyd edək ki, "Neftçi" fevralın 4-də Bakıya qayıdacaq.
|