![](uploads/1892371807pfl.jpg) İntizam Komitəsinin bugünkü iclasında aşağıdakı qərarlar qəbul olundu. I Divizionun XIX turunun “Turan Tovuz” – “Mil-Muğan” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 76-cı dəqiqəsində “Turan Tovuz” klubunun 12 №-li futbolçusu Natiq Səhrətov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun “Şahdağ” – “Bakı” matçının 86-cı dəqiqəsində “Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
I Divizionun XIX turunun “Şəmkir” – “Göyəzən” matçının 86-cı dəqiqəsində “Göyəzən” klubunun 20 №-li futbolçusu Orxan Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
I Divizionun XIX turunun MOİK – “Neftçala” matçının 82-ci dəqiqəsində MOİK klubunun 9 №-li futbolçusu Royal Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.(maddə 32, maddə 33).
|