Bu
gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının
ilkin təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək. Çempionlar
Liqasında ölkəmizi təmsil edəcək paytaxtın “Neftçi” klubunun rəqibi Bakı vaxtı
ilə saat 15:00-da başlayacaq püşkatma mərasimindən sonra bilinəcək. Avropa
Liqasında ölkəmizi təmsil edəcək “Xəzər Lənkəran”, “İnter” və “Bakı”nın rəqibləri
isə 16:30-da bilinəcək.
|