29.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

Slide 1

Misli Premyer Liqası 2024/25: I turun oyun cədvəli

   İntizam Komitəsinin iclası keçirildi      2016-03-22

İntizam Komitəsinin bugünkü iclasında aşağıdakı qərarlar qəbul olundu.


Topaz Premyer Liqasının XXVI turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Neftçi” – “Kəpəz” matçının 30-cu dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərovkobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).

Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XVIII turunun “Göyəzən” – “Qaradağ Lökbatan” matçının 60-cı dəqiqəsində “Göyəzən” klubunun 6 №-li futbolçusu Vüsal İbrahimovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XVIII turunun “Bakı” – “Zaqatala” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).       

I Divizionun XVIII turunun “Neftçala” – “Turan Tovuz” matçının 89-cu dəqiqəsində "Neftçala" klubunun əvəz olunmuş 10  №-li futbolçu Aqşin Həşimov meydana daxil olaraq  “Turan Tovuz” klubunun 20  №-li futbolçu Səbayıl Bağırova hücum çəkmiş, ona zərbələr endirmiş və hər iki klubunun futboloçuları arasında dava-dalaşa səbəb olmuşdur. Bu səbəbdən 7 dəqiqə fasilə yaransa da, görüş sona qədər oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləmiş və aşağıdakı qərarları qəbul etmişdir;

  • Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur (maddə 40).
  • "Neftçala" klubunun 10 №-li futbolçusu Aqşin Həşimov rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80).
  • Baş vermiş davada aktiv iştirak etdiyinə görə " Turan Tovuz " klubunun  4  №-li futbolçu Afin Bağırov və "Neftçala" klubunun 99 №-li futbolçu Cəmil Rəhimli 5 oyunluq cəzalanır və hər iki klub 300 manat cərimə olunur (maddə 39)

I Divizionun XVIII turunun “Şahdağ” – “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edir və klubun 4 №-li futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırır. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verir və rəqib qol vurur. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirir, hakim isə öz növbəsində  11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edir. "Şahdağ" klubunun futbolçusu  ikinci cəhddə topu qapıdan keçirə bilmir və  "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinir (hərəkətdə heç bir qeyri-etik jest yoxdur).  "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun 8 №-li futbolçusuna hücum çəkmiş və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olmuşdur. Matç sona kimi oynanılmışdır. İntizam Komitəsi oyunun videoyazısını izləmiş və aşağıdakı qərarları qəbul etmişdir;

  • "Şahdağ" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunur (maddə 40).
  • Oyunun 83-cü dəqiqəsində "Ağsu" klubunun  4 №-li futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur ( maddə 48).
  • Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun  8 №-li futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir.
  • "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80).
  • "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakim səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazmışdır)  baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80).
  • Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur (maddə 50).
  • PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan  dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.
  • Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat  versin.

I Divizionun XVIII turunun “Mil-Muğan” – “Şəmkir”  matçı başa çatdıqdan sonra "Mil-Muğan" klubunun  9 №-li futbolçusu Elxan  Məmmədov "Şəmkir" klubunun texniki zonasına yaxınlaşaraq  "Şəmkir" klubunun  10 №-li futbolçusu Qeyrət Qənbərova hücum çəkmiş, ona xəsarət yetirmiş, azarkeşlərin meydana daxil olmasına və  hər iki klub arasında qarşıdurmaya  səbəb olmuşdur. Baş vermiş insident qısa zamanda aradan qaldırılmışdır.

İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq aşağıdakı qərarları qəbul edir;

  • Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur (maddə 40).
  • Oyunun 88-ci dəqiqəsində "Şəmkir" klubunun  7 №-li futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur ( maddə 48).
  • "Mil-Muğan" klubunun 9 №-li futbolçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80).
  • Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur (maddə 50).
  • PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan  dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.

I Divizionun “Bakılı” – “Şərurspor” matçının 82-ci dəqiqəsində “Bakılı” klubunun 12 №-li futbolçusu Qafar Əliyevrəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Oyunun 86-cı dəqiqəsində “Bakılı” klubunun 7 №-li futbolçusu Ramil Həşimzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: