29.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

Slide 1

Misli Premyer Liqası 2024/25: I turun oyun cədvəli

   Turdan məqamlar: “Kəpəz” üçün uğursuz seriyaya son və tarixi qələbə      2016-03-22

 250-ci qələbə


Topaz Premyer Liqasının XXVI turunun “Neftçi” ilə qarşılaşması “Kəpəz” üçün ikiqat əlamətdar olub. Birincisi, qərblilər paytaxt klubu ilə oyunlarda qələbəsiz oyunlar seriyasına son qoyub. Gəncə təmsilçisi “ağ-qaralar”ı ölkə çempionatında sonuncu dəfə 2005-ci il sentyabrın 18-də məğlub etmişdi. 3835 günlük həsrətə son qoyan “Kəpəz” həmin qələbəsini də səfərdə, Şahin Diniyevin baş məşqçiliyi altında qazanmışdı. Həmin 2:1 hesablı qələbədən sonra keçirilən 9 oyunda gəncəlilər 3 heç-heçə edib, 6 məğlubiyyət almışdı.

“Neftçi” üzərində qələbə həm də yubileylə əlamətdar olub. Belə ki, “Kəpəz” ölkə çempionatları tarixində 250-ci qələbəsinə sevinib. 1992-ci ildən fasilələrlə Premyer Liqada çıxış edən qərblilər 250-yə 508-ci matçında çatıb. “Kəpəz” 163 dəfə evdə, 83 dəfə səfərdə, 4 dəfə neytral meydanlarda 3 xal əldə edib. Yubilyar klub qələbə sayında “Turan”a çatıb. Hər iki Qərb klubu bu göstəricidə yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır.


“Neftçi”də ikiqat yubiley

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev “ağ-qaralar”ın heyətində 150-ci oyununu keçirib. Topaz Premyer Liqasının XXVI turunun “Kəpəz”lə matçında sonradan meydana daxil olan futbolçu bu qarşılaşmayadək paytaxt klubunda 149 oyunda 17 qol vurmuşdu. Gəncə təmsilçisi ilə görüşdə yubiley qeyd edən İmamverdiyev Premyer Liqada 115 (11 qol), kubokda 19 (3 qol), avrokuboklarda 16 (3 qol) dəfə ağ-qara forma geyinib.

Onun komanda yoldaşı Ruslan Qurbanovun “Kəpəz”in qapısından keçirdiyi qol da əlamətdar olub. Milliləşən rusiyalı komandasının heyətində 20-ci dəfə fərqlənib. O, buna 68-ci matçında nail olub. Qurbanov Premyer Liqada 54 oyunda 14, kubokda 9 matçda 6 qol vurub. Hücumçu avrokubokdakı 5 qarşılaşmada isə qol sevinci yaşamayıb.


“Bayıl Arena”da təkrarlanan antirekord

Topaz Premyer Liqasının XVI turunun ilk günü avtoqolla əlamətdar olub. “Bayıl Arena”da keçirilən “Rəvan” – “Sumqayıt” oyununda meydan sahiblərinin müdafiəçisi Saşa Yunisoğıu topu öz qapısından keçirib. Bu, mövsümün avtoqolu olmaqla yanaşı, həm də təcrübəli arxa xətt oyunçusu üçün antirekordçular sırasında düşməsi ilə nəticələnib. Belə ki, Saşa ölkə çempionatlarında 3-cü dəfə avtoqola üzülüb. O, 1999/2000 mövsümündə “Xəzər Universiteti”nin üzvü kimi “Şəfa” ilə, 2009/10 mövsümündə isə “Bakı”nın müdafiəçisi kimi “İnter”lə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü dəfə eyni uğursuzluğu yaşayan Yunisoğlu Azərbaycan çempionatlarında ən çox avtoqol edən 3 oyunçudan biri olub. Onadək Ayxan Abbasov və Natiq Qasımov da hərəyə 3 dəfə eyni uğursuzluğu yaşamışdı. 16 futbolçu isə 2 dəfə belə halla üzləşib.

Xatırladaq ki, cari mövsümdə Saşayadək 2 dəfə Cəmil Hacıyev (“Sumqayıt”), hərəyə 1 dəfə isə Yamin Ağakərimzadə (“Rəvan”) və Zaman Mirzəzadə (“Xəzər Lənkəran”) öz qapısına qol vurmuşdu.

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: