İyunun 15-dən bir araya gələn “Simurq” gündə iki dəfə
olmaqla hazırlıq prosesini davam etdirir. Əsasən fiziki hazırlıq üzərində
çalışan Georgi Çixradzenin yetirmələri iyunun 22-dək təlim-məşq
toplanışını Zaqatalada keçirəcək. Bir günlük istirahətdən sonra “Simurq”
hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. İyulun 6-na qədər
Kartepe istirahət zonasında qalacaq komanda burada 3 yoxlama oyununda qüvvəsini
sınayacaq. Bu oyunlarda baş məşqçi Georgi Çixradze yerli və legioner
futbolçuları baxışdan keçirəcək. Qeyd edək ki, “Simurq” Rüstəm Abbasovu yenidən
heyətə qaytarıb. “İnter”dən icarə əsasında transfer olunan gənc müdafiəçi Zaqatala
təmsilçisi ilə bir illik müqaviləyə imza atıb. Bundan əlavə, Rüstəm Məmmədov da
növbəti mövsümün sonuna qədər “Simurq”un şərəfini qoruyacaq.
|