![](uploads/15136veli qasimov.jpg) Topaz Premyer Liqasının XXV turu Vəli Qasımovun Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub. Futbolçu kimi ölkə çempionatlarında iştirak etməyən, yalnız SSRİ dövründə “Neftçi”nin formasını geyinən 48 yaşlı mütəxəssis sabiq komandasını baş məşqçi kimi AZAL-la matça çıxarıb. Komandada debütü ölkə kubokuna təsadüf edən Qasımovun Premyer Liqadakı ilki 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu oyunadək “ağ-qaralar”ı Azərbaycan çempionatı görüşlərinə 21 baş məşqçi çıxarmışdı. Qasımov bu siyahıya 22-ci çalışdırıcı kimi daxil olub. O, cari mövsümün əvvəlki hissəsində “Neftçi”yə rəhbərlik etmiş məşqçilər Samir Əliyev və Əsgər Abdullayev kimi paytaxt təmsilçisinin “sükanı arxasında” debüt edib.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün məşqçiləri: Əhməd Ələsgərov (1992, 1998/99, 1999/2000), Sergey Kramarenko (1993), Böyükağa Ağayev (1993, 2008/09, 2009/10), Vaqif Sadıqov (1993, 1993/94, 1994/95, 1995/96, 2009/10), Asif Əliyev (1995/96, 1997/98, 1998/99), Kazbek Tuayev (1995/96, 1996/97, 1997/98, 1998/99, 2001/02, 2003/04, 2004/05), Ruslan Abdullayev (1997/98), Şamil Heydərov (1999/2000), Asəf Namazov (2000/01), Oqtay Abdullayev (2000/01), Ağasəlim Mircavadov (2004/05, 2005/06), Qurban Qurbanov (2006/07, 2007/08), Vlastimil Petrjela (2007/08), Anatoli Demyanenko (2007/08, 2008/09), Hans Yurgen Gede (2008/09), Arif Əsədov (2009/10, 2010/11, 2014/15), Böyükağa Hacıyev (2011/12, 2012/13, 2013/14, 2014/15), Tərlan Əhmədov (2013/14), Nazim Süleymanov (2013/14), Samir Əliyev (2015/16), Əsgər Abdullayev (2015/16).
|