29.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

Slide 1

Misli Premyer Liqası 2024/25: I turun oyun cədvəli

   24 mövsüm, 52 rəqib, 121 futbolçu      2016-03-14

Topaz Premyer Liqasının dünən keçirilən XXV turu “Neftçi” üçün tarixi hadisə ilə əlamətdar olub. Belə ki, paytaxt təmsilçisinin çilili hücumçusu Nikolas Kanales klubun Azərbaycan çempionatlarında 1200-cü qolunu vurub. 1992-ci ildən keçirilən yarışın iki daimi iştirakçısından biri olan “ağ-qaralar” AZAL-la matçadək 681 oyunda 1199 qol (texniki nəticələr nəzərə alınmamaqla) sevinci yaşamışdı. AZAL Arenada bərabərlik qolunu vurub, 1:1 hesabını rəsmiləşdirən Kanales 1200-cü topun müəllifi olub. Bakılılar bu toplardan 695-ni evdə, 485-ni səfərdə, 20-ni neytral meydanlarda vurublar. Azərbaycan çempionatlarında ən çox qol vuran komandanının 1200 topu rəqiblər, futbolçular, mövsümlər və yubileylər baxımından belədir:

Bombardirlər. “Neftçi”nin futbolçuları 1183 qol vurub və 17 dəfə də rəqiblərin avtoqollarına sevinib. Paytaxt təmsilçisinin heyətində indiyədək 121 futbolçu qol vurmağı bacarıb. “Ağ-qaralar”ın çempionatdakı 10 ən yaxşı bombardiri Samir Ələkbərov (99), Qurban Qurbanov (66), Yunis Hüseynov (58), Nazim Əliyev (42), Bahodir Nasimov, Nikolas Kanales (hər ikisi 38), Nadir Nəbiyev (37), Vadim Vasilyev (32), Branimir Subaşiç, Flavinyo (hər ikisi 31) daxildir. Bu siyahıda yalnız Kanales karyerasını “Neftçi”də davam etdirir ki, 1200-cü qolun müəllifi də öz hesabına 38-ci topu yazaraq 5-ci pilləyə şərik olub.


Rəqiblər.
“Neftçi” ölkə çempionatlarında qarşılaşdığı bütün komandalara qol vurub. 52 rəqibin qapısına yol tapan “ağ-qaralar”ın ən çox məyus etdiyi 10 komanda siyahısında “Bakı” (70), “Turan” (69), “Kəpəz” (63), “İnter” (62), “Qarabağ” (59), “Şahdağ” Qusar (49), “Xəzər” Sumqayıt (47), MOİK (46), AZAL (45), “Xəzər Lənkəran” (42) yer alıblar.


Mövsümlər üzrə.
“Neftçi” bir mövsümdə 100-dən daha çox qol vuran yeganə komanda (həmin mövsümdə “Xəzər” 100 qol vurub) adını qazandığı 1992-ci ildə 104 dəfə fərqlənib. “Ağ-qaralar” 1996/97 mövsümündə 98, 1998/99 mövsümündə 65, 2003/04 mövsümündə 62, 1994/95 və 1995/96 mövsümlərində 60 qol vurmağa nail olublar. Bakılılar digər mövsümlərdə ən azı 25 dəfə fərqləniblər: 2012/13 – 59, 2011/12 – 55, 2010/11 – 53, 2000/01, 2004/05, 2005/06 – hərəsində 51, 2013/14 – 48, 2006/07 – 47, 2007/08 – 39, 2014/15 – 38, 2003/04, 2007/08 – hərəsində 37, 1993 – 36, 2001/02, 1999/2000 – hərəsində 35, 2008/09 – 30, 2009/10 – 25. Cari  - XXIV çempionatda 24 qol vuran paytaxt klubu antirekordunu arxada qoymaq üçün 2 dəfə rəqib qapılarına yol tapmalıdır.


Yubileylər.
Kanales “Neftçi”də yubiley qolu vuran 5-ci legionerdir. Aleksey Stukas 500-cü, Stenli Udenkvor 700-cü, Adrian Neaqa 900-cü, Melvin Platye 1100-cü qolun müəllifi olmuşdu. Hollandiyalının müəllifi olduğu yubileydən növbəti əlamətdar qoladək 913 gün keçib. “Neftçi”nin ilk qolu isə 1200-cüdən 8710 gün öncə - 1992-ci il mayın 3-də Sumqayıt “Xəzər”i ilə oyunda qeydə alınıb. Bakılılara 1:0 hesablı qələbəni Yunis Hüseynovun penalti zərbəsi qazandırıb.

qol

Tarix

oyun

Futbolçu

1

08.05.1992

Neftçi – Xəzər S – 1:0

Yunis Hüseynov, 87

100

13.10.1992

İnşaatçı S – Neftçi – 0:1

Samir Ələkbərov*

200

23.10.1994

Xəzər L – Neftçi – 0:3

Mais Əzimov*

300

18.09.1996

Fərid – Neftçi – 0:3

Yaşar Vahabzadə, 65

400

27.09.1997

Neftçi – Dinamo – 2:0

Qurban Qurbanov, 72

500

31.10.1999

Neftçi – Kəpəz – 3:1

Aleksey Stukas, 85

600

25.11.2001

Xəzər Universiteti – Neftçi – 0:2

Vadim Vasilyev, 75

700

13.12.2004

Neftçi – Kəpəz – 2:0

Stenli Udenkvor, 49

800

10.11.2006

Bakı – Neftçi – 0:1

Aqil Məmmədov, 4

900

22.08.2009

Neftçi – Turan – 2:0

Adrian Neaqa, 3

1000

04.12.2011

Neftçi – Simurq – 4:2

Araz Abdullayev,10, 36

1100

12.09.2013

Neftçi – İnter – 3:1

Melvin Platye, 45+1

1200

13.03.2016

AZAL – Neftçi – 1:1

Nikolas Kanales, 60

* - oyunun protokollarında qolların dəqiqəsi yazılmayıb.



   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: