“Sumqayıt”
klubu 5 futbolçu ilə müqavilə imzalayıb. Ötən mövsümdə əvəzedici komandada
uğurlu çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən Aydın Qasımov,
Arif Vəliyev, Bəxtiyar Həsənəlizadə, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlu əsas
komandaya cəlb olunublar. Adları çəkilən futbolçuların hər biri ilə iki illik
müqavilə imzalanıb. Bəxtiyar Həsənəlizadə müdafiəçi, Aydın Qasımov, Ayaz
Mehdiyev və Aqşin Muxtaroğlu yarımmüdafiəçi, Arif Vəliyev isə
hücumçudur.
|