![](uploads/47901konf.jpg) Bu gün “Hilton” otelində AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirildi. Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə yanaşı futbol ictimaiyyətinin tanınmış simaları, jurnalistlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev qonaqları salamladıqdan sonra son illər ölkəmizdə futbola göstərilən qayğıdan, əldə olunan nəticələrdən və qarşıda duran planlardan danışdı. AFFA prezidenti Premyer Liqa iştirakçılarının Avropa Liqasının qrup mərhələsində çıxış etməsinin artıq ənənə halını aldığını diqqətə çatdırdı. Daha sonra AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçirildi. Rövnəq Abdullayev növbəti 4 il müddətə AFFA-nın prezidenti kimi təsdiqləndi. İcraiyyə Komitəsinin yeni tərkibi isə aşağıdakı kimidir: Peşəkar Futbol Liqası – 4 yer
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən
3. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları – 2 yer
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları – 2 yer
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən İcriayyə Komitəsinin iclası keçirildikdən sonra Rövnəq Abdullayevin jurnalistlər üçün mətbuat konfransı reallaşdı. Mətbuat zamanı jurnalistlərin suallarını cavablandıran AFFA prezidenti qarşıdan gələn mötəbər yarışlardan söz açdı. Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransında UEFA-nın baş katibi Teodor Teodoridis də iştirak etdi.
|