Avstriyada
təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” ikinci yoxlama oyununu keçirib. “Dinamo”
(Kiyev) komandası ilə qarşılaşan “Xəzər Lənkəran” ilk hissədə qapısında gördüyü
iki qolla rəqibinə 0:2 hesabı ilə məğlub olub. Komandada baxışda olan Elvis
Saliç və Yusuf Dajisiçin çıxışları məşqçilər korpusunu razı salmayıb və hər iki
futbolçu yoxlama oyunundan sonra geri göndərilib. “Xəzər Lənkəran” üçüncü
yoxlama oyununu iyunun 25-də Rumıniyanın “Vasluy” klubuna qarşı keçirəcək.
|