Azərbaycan Kuboku uğrunda yarışda ¼ final mərhələsinə yekun vuruldu. Bu gün keçirilən 4 oyundan sonra yarımfinalçılar müəyyənləşdi. Belə ki, “Qəbələ” öz evində “Zirə”ni, “Qarabağ” isə səfərdə “Sumqayıt”ı böyük hesabla üstələdi. “İnter” ilk oyunda məğlub olduğu “Rəvan” üzərində qələbə qazanmaqla adını yarımfinala yazdırmağı bacardı. Günün son görüşü isə “Neftçi”nin xeyrinə başa çatdı. Vəli Qasımovun baş məşqçi kimi debüt oyununda “Neftçi” “Xəzər Lənkəran”dan güclü oldu. Yarımfinal mərhələsində “Neftçi” – “Qəbələ”, “İnter”- “Qarabağ” mübarizəsinə şahidlik edəcəyik. Bu mərhələnin oyunları 27 aprel, 4 may tarixlərində baş tutacaq.
|