![](uploads/12267kepez loqo 1.jpg) Topaz Premyer Liqasının XVII turu “Kəpəz” üçün uğurlu alındı. Şahin Diniyevin rəhbərlik etdiyi komanda səfərdə “Xəzər Lənkəran”ı 1-0 hesabı ilə üstələdi. Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Çox vacib oyuna çıxmışdıq. Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi. Ardıcıl oyunlarda heç-heçələr etmişdik. Sevinirəm ki, vəziyyəti elə də yaxşı olmayan meydançada yaxşı rəqibə qarşı görüşdə qələbə qazandıq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Taktiki cəhətdən bəzi dəyişikliklər etmişdik. Dəyişikliyin nə dərəcədə uğurlu alınıb-alınmayacağı məni narahat edirdi. Amma yekunda qələbə əldə edə bildik”. Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qalib gəlmək istəyirdik. Təəssüf ki, fərdi səhvdən qol buraxdıq. “Kəpəz” layiq olduğu qələbəni qazandı, öz komandamın çıxışından razı deyiləm. Qış fasiləsinə qədər cəmi 1 oyunumuz qalıb. “İnter”lə oyuna qədər zədəli futbolçuların sıraya dönməsini təmin etməliyik ki, meydançaya 11 oyunçu buraxaq”.
|