![](uploads/9134971807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Qəbələ” klubunun 4, “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).
I Divizionun XII turunun “Şəmkir” – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 89 -cu dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XII turunun “Turan Tovuz” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 90+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun 6 №-li futbolçusu Sənan Qocayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XII turunun “Mil-Muğan” – “Göyəzən” matçında “Göyəzən” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 80-ci dəqiqəsində “Göyəzən” klubunun 10 №-li futbolçusu Arzuman Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 86-cı dəqiqəsində “Göyəzən” klubunun 9 №-li futbolçusu Fazil Vəliyev azərkeşləri təhqir etdiyinə görə, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
I Divizionun XII turunun “Zaqatala” – “Qaradağ Lökbatan” matçının 56-cı dəqiqəsində “Zaqatala” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|