![](uploads/2446171807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XII turunun AZAL – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
I Divizionun VIII turunun MOİK – “Bakılı” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 54-cü dəqiqəsində “Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur(maddə 42.3).
Oyunun 79-cu dəqiqəsində MOİK klubunun klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur(maddə 62).
I Divizionun VIII turunun “Şahdağ” – “Mil-Muğan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
|