![](uploads/60601ramazan-abbasov.jpg) “Rəvan”ın kapitanı Ramazan Abbasov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Yarımmüdafiəçi yubileyini Topaz Premyer Liqasının XI turunun “Xəzər Lənkəran”la qarşılaşmasında qeyd edib. 2001/02 mövsümündə “Dinamo-Bakılı”nın (indiki “Bakı”) heyətində debüt edən Abbasov 7 klubun formasını geyindiyi 14 mövsümdə 21 qola imza atıb. 250 qarşılaşmadan 80-ni “Rəvan”da keçirən Ramazan klub tarixinin Premyer Liqada ən çox oyun keçirən futbolçusudur. Ramazan cari mövsümdə 250-yə çatan ikinci futbolçudur. Ona qədər komanda yoldaşı Cəmşid Məhərrəmov da buna nail olmuşdu. Ümumilikdə isə ölkə çempionatları tarixində 45 oyunçu 250 və ya daha çox qarşılaşmada iştirak edib.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2001/02
|
Dinamo-Bakılı
|
1
|
0
|
2003/04
|
Dinamo (Bakı)
|
21
|
3
|
2004/05
|
MOİK (Bakı)
|
16
|
1
|
2004/05
|
Bakı
|
13
|
1
|
2005/06
|
MOİK (Bakı)
|
13
|
5
|
2005/06
|
Bakı
|
12
|
1
|
2006/07
|
Bakı
|
24
|
1
|
2007/08
|
Neftçi (Bakı)
|
12
|
0
|
2008/09
|
Bakı
|
7
|
0
|
2009/10
|
Xəzər Lənkəran
|
9
|
0
|
2010/11
|
Xəzər Lənkəran
|
6
|
0
|
2010/11
|
Gəncə
|
4
|
0
|
2011/12
|
Rəvan (Bakı)
|
31
|
3
|
2012/13
|
Rəvan (Bakı)
|
14
|
3
|
2012/13
|
Bakı
|
7
|
0
|
2013/14
|
Rəvan (Bakı)
|
25
|
1
|
2014/15
|
Sumqayıt
|
9
|
1
|
2014/15
|
Bakı
|
16
|
0
|
2015/16
|
Rəvan (Bakı)
|
10
|
1
|
|
|
250
|
21
|
|