![](uploads/67686xezer.jpg) Topaz Premyer Liqasının XI turunun son görüşündə “Xəzər Lənkəran” səfərdə “Rəvan”ı 1-0 hesabı ilə məğlub etdi. Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Ötən tur məğlub olmağımıza baxmayaraq, qol imkanlarımız olmuşdu. Bu oyuna da qələbə üçün çıxmışdıq. Matçın ilk dəqiqələrində Skarlatake zədələndi. Heyətin 99 faizi gənc futbolçulardan təşkil olunub. Tounkara zədədən yeni qayıdıb və yenidən zədələnməkdən qorxur. Rəqib oyunçu Tounkaranı vurdu. Məqsəd Tounkaranı hirsləndirmək idi. Sonda mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı. Buna bir az etiraz etdim. Qarşıda çətin oyunlarımız var. Həmin görüşlərə hazırlaşacağıq”. Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Biz ağıl ilə yox, emosiya ilə oynadığımıza görə 3 xalı rəqibə hədiyyə etdik. Oyunumuz heç xoşuma gəlmədi. “Xəzər Lənkəran” məğlub ediləsi rəqib idi. Sadəcə, rəqibin fiziki durumu yaxşıdır, futbolçuları çox qaçır. Mənə bir az zaman lazımdı. Futbolçu konkret olaraq qarşıya qoyulan tələbləri yerinə yetirməldir. Çox şeyi dəyişməliyik”.
|