![](uploads/43091tpl1.jpg) Topaz Premyer Liqasının XI turunda keçirilən “İnter” – “Zirə” görüşündə qapılara qol vurulmadı. Ayxan Abbasov (“Zirə”nin məşqçisi): “Azərbaycan çempionatının ən yaxşı komandalarından birinə qarşı oynadıq. “İnter”in özünəməxsus oyun tərzi var. Sıx qrafikdə ardıcıl 3-cü oyunumuzu keçirdik. Əsas məqsəd bu ardıcıl 3 oyunda uduzmamaq idi ki, bunun öhdəsindən gəldik. Məqsədlərimizdən biri özümüzəməxsus oyun tərzi yaratmaqdır. Hər keçən tur bu işdə irəliləyiş olduğunu görürük. “İnter”ə qarşı oyunda da mübarizə apardıq, futbolçulara uduzmamaq hissini aşılamağa çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik”. Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Düşünürəm ki, müdafiəçilərimiz bu gün çox yaxşı oynadılar. Müdafiəçilərimiz rəqib hücumçularına imkan vermədilər. İkinci hissədə öndə təhlükəli epizodlar yaratdıq. Buna baxmayaraq, təəssüflənirəm ki, bizim yüksək səviyyəli hücumçumuz yoxdur. Nə qədər dəyişikliklər etsək də, irəlidə daha güclü ola bilmirik. Bu problemləri aradan qaldırmaq üçün variantlar axtarırıq. Yaxşı oynamayan futbolçu ehtiyatda oturmalıdır”.
|