![](uploads/9925171807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının X turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının X turunun “Zirə” – “Kəpəz” matçının 58-ci dəqiqəsində “Zirə” klubunun 39 №-li futbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Oyunun 87-ci dəqiqəsində “Zirə” klubunun 13 №-li futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 14-cü dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Adil Şükürov texniki zona qaydaların pozduğuna görə texniki kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 1000 manat cərimə olunur (maddə 62).
Topaz Premyer Liqasının X turunun “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 36-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının X turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
|