![](uploads/5642471807pfl.jpg) Peşəkar Futbol Liqası, Azərbaycan Respublikasında Milli Məclisə seçkilər və görüşlərin canlı yayımlanmasını nəzərə alaraq, XI turun oyun cədvəlində dəyişiklik edib. Belə ki, Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Kəpəz”, “Qarabağ” – AZAL və “İnter” – “Zirə” görüşləri 1 noyabrda deyil, 31 oktyabrda reallaşacaq. Eyni turun “Sumqayıt” – “Neftçi” və “Rəvan” – “Xəzər Lənkəran” qarşılaşmaları isə canlı yayımla əlaqədar olaraq, 2 noyabr tarixində baş tutacaq.
|