![](uploads/57073inter.jpg) Topaz Premyer Liqasının IX turunda “İnter” “Rəvan”ı 2-0 hesabı ilə məğlub etdi.
Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Hər bir komandanın öz oyun üslubu var. Biz rəqibi yaxşı analiz etmişdik. Sadəcə, oyun taktikamız tez pozuldu. Qapımıza vurulan qolu görə bilmədim. Çünki həmin vaxt Fərid Quliyev zədə almışdı və diqqətim onda idi. Futbolçuların azlığını bəhanə eləmək istəmirəm. Çünki bu mənim iş prinsipimə yaddır. Sadəcə, bildirim ki, işimiz çoxdur, işləməliyik”. Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Mən qazanılan 3 xala görə razıyam. Demək istəyirəm ki, biz son iki oyunu yeni baş məşqçiyə qarşı oynayırıq. Bunun əlavə çətinlikləri var. “Rəvan”la oyuna zədəli futbolçuların çoxluğu fonunda qurulan heyətlə çıxmışdıq. Problemlərə baxmayaraq, qələbə qazandıq. Qarşıdakı oyunu düşünməliyik”.
|