![](uploads/9505888332pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Kubokunun MOİK – “Turan Tovuz” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 50-ci dəqiqəsində “Turan Tovuz” klubunun 3 №-li futbolçusu Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının VIII turunun “Rəvan” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 59-cu dəqiqəsində “Rəvan” klubunun 20 №-li futbolçusu Kənan Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 87-ci dəqiqəsində “Rəvan” klubunun 21 №-li futbolçusu Novruz Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 90+1-ci dəqiqəsində “Rəvan” klubunun 16 №-li futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin VIII turunun “Rəvan” – “Kəpəz” matçının 55-ci dəqiqəsində “Rəvan” klubunun 5 №-li futbolçusu İmran Təhmirazlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 90+3-cü dəqiqəsində “Rəvan” klubunun 55 №-li futbolçusu Hüseyn Axundov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
Əvəzedici heyətlərin VIII turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 31-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 77 №-li futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
|