![](uploads/73685azkubokyeni.jpg) Azərbaycan Kubokunun 1/16 final mərhələsinin son oyununda “Qaradağ Lökbatan” “Şərurspor”u məğlub etdi. Əsas və əlavə vaxtı heç-heçə (3-3) bitən matçda qalib penaltilər seriyasında müəyyənləşdi. Penaltiləri “Qaradağ Lökbatan” daha dəqiq yerinə yetirdi - 5-4. Məmmədəli Qəniyev (“Şərurspor”un baş məşqçisi): “İlk növbədə “Qaradağ Lökbatan”ı qələbə münasibəti ilə təbrik edirəm. Çox gərgin və maraqlı oyun oldu. İstərdim ki, Azərbaycan çempionatında belə qarşılaşmaların sayı çox olsun. Biz yeni yığılmışıq. Oyunun gedişində məcburi əvəzetmələr oldu. Nəticədən asılı olmayaraq, komandamın oyunundan razıyam”. Araz Əliyev (“Qaradağ Lökbatan”ın məşqçisi): “Şərurspor” yeni yaransa da, mübarizə apardı. Açıq futbol oynadıq, nəticə göz önündədir. Oyundan öncə bəzi xoşagəlməyən məlumatlar yayılmışdı. Amma oyun gərgin mübarizəyə səhnə oldu. Biz qələbəni penaltilər seriyasında əldə etdik. Penaltilər şansa bağlıdır. Biz bundan maksimum yararlandıq. Rəqibə isə çempionat oyunlarında uğurlar arzulayıram”.
|