![](uploads/13203azkubokyeni.jpg) Bu gün Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunları keçirildi. Baş tutan görüşlərdən sonra 3 komanda adını 1/8 final mərhələsinə yazdırdı.
Belə ki, səfərdə “Şahdağ”ı 3-1 hesabı ilə məğlub edən “Şəmkir”, eləcə də həmin vaxt başlanan matçda MOİK klubunu 2-1 hesabı ilə üstələyən “Turan Tovuz” 1/8 final mərhələsinə adladılar. Günün son oyunu isə daha gərgin alındı. Belə ki, əsas və əlavə vaxtı heç-heçə (3-3) bitən “Şərurspor” – “Qaradağ Lökbatan” görüşündə qalib penalti seriyasında müəyyənləşdi. Penaltilər seriyasında 5-4 hesabı ilə qalib gələn “Qaradağ Lökbatan” debütant “Şərurspor”un siftəsini korladı.
1/8 finalda “Turan Tovuz” evdə “İnter”lə üz-üzə gələcək, “Qarabağ” “Şəmkir”i qonaq edəcək, “Neftçi” isə evində “Qaradağ Lökbatan”ı sınağa çəkəcək.
|