![](uploads/73997turan t.jpg) Azərbaycan Kubokunun 1/16 final mərhələsində MOİK klubunu məğlub edən “Turan Tovuz” adını 1/8 final mərhələsinə yazdırdı. Şamil Adilov (MOİK-in baş məşqçisi): “Oyun bərabər səviyyədə keçdi. İkinci hissənin ortalarında bir qədər üstünlük ələ keçirdik. Bu da rəqibin 10 nəfər qalması ilə bağlı idi. Oyun barədə geniş danışmaq istəmirəm. Sadəcə, rəqibə çempionatda və kubokda uğurlar arzu edirəm”. Nizami Sadıqov (“Turan Tovuz”un baş məşqçisi): “Oyun bizim üçün çətin alındı. 10 nəfər qaldıqdan sonra ağır oldu. Lakin sonradan müəyyən dəyişiklik edib, qalib gəldik. Mərhələ adladığımıza görə şadam”.
|