![](uploads/95189azalyeni.jpg) Topaz Premyer Liqasının VII turu AZAL üçün əlamətdar oldu. Komanda cari mövsümdə ilk qələbəsini məhz bu gün “Rəvan” üzərində qazandı 1-0.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Oyunun ağır olacağını bilirdim. Biz son pillədə, rəqib bizdən 1 pillə öndə qərarlaşmışdı. Hazırda “Rəvan”da çıxış edən iki oyunçu hazırlığı bizimlə birgə keçmişdi. Heyətimizdə problemlər olsa da, bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Qələbədən sonra hər oyuna motivasiya yüksək olur. Hakim hər epizoda görə sarı vərəqə verdi. Bizim maddi durumumuz yaxşı deyil. Sarı vərəqələrə görə isə cərimələnəcəyik. Çox istərdik ki, adi epizodlarda sarı vərəqə verilməsin. Bu durum həm bizə, həm də oyunçulara problem yaradır. Neçə aydır ki, maaş verə bilmirik. 7 aydır ki, analoji problem mövcuddur”.
Rövşən Babayev (“Rəvan”ın məşqçisi): “Tərlan Əhmədovu təbrik edirəm. AZAL əzmkar oyun sərgilədi. Bizdə bəxt çatmır. Çalışacağıq ki, gələn oyunlarda problemi aradan qaldırıb, yaxşı futbol sərgiləyək, nəticə qazanaq. Qeyd. “Rəvan”ın baş məşqçisi Emin Quliyev səhhətindəki problemləri əsas gətirərək, mətbuat konfransına qatılmayıb.
|