![](uploads/19754tpl1.jpg) Peşəkar Futbol Liqası və "Topaz"ın birgə layihələri davam edir. Belə ki, ötən mövsüm olduğu kimi cari mövsümdə də jurnalistlərin bölgədə keçiriləcək oyunları işıqlandırmalarına şərait yaradılacaq. 2015/2016-cı illər mövsümünün ilk belə səfəri Qəbələyə təşkil olunacaq. Topaz Premyer Liqasının VII turunda keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” (04.10.2015, saat 21:00) matçını işıqlandırmaq istəyən jurnalistlərdən sabah günün sonuna qədər bizə məlumat vermələrini xahiş edirik. Jurnalistləri Qəbələyə aparacaq avtobus bazar günü saat 13:00-da AFFA-nın inzibati binasının önündən yola düşəcək.
|