![](uploads/3540029684qarabagyeni.jpg) Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" növbəti oyununa çıxdı. İlk oyunda səfərdə "Tottenhem"ə 1-3 hesabı ilə uduzan təmsilçimiz "Anderlext"lə baş tutan qarşılaşmada azarkeşlərimizi sevindirdi. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş "Qarabağ"ın Belçika klubu üzərində 1-0 hesablı qələbəsi ilə nəticələndi. Qarşılaşmada yeganə qolu Riçard Almeyda vurdu. Avropa Liqasının qrup mərhələsindəki digər təmsilçimiz "Qəbələ" isə səfərdə "Krasnodar"a 1-2 hesabı ilə uduzdu.
|