![](uploads/89706qabalayeni.jpg) Topaz Premyer Liqasının VI turunda “Qəbələ” “Rəvan”ı 3-0 hesabı ilə üstələdi.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Biz hər oyun hücum futbolu oynayırıq. Qarşılaşmalara 4 hücumçu ilə çıxırıq. Vüqar Nadirovun oynamadığına gəlincə, hələ meydançaya çıxmağa tam hazır deyil. Digər yeni transferimiz Derlis Meza Kolli isə artıq 1 oyunda meydançada olub. Lakin idmanda belə bir qayda var ki, futbolçu dincəlməlidir. Əsas məsələ "Krasnodar"la oyuna hazır olmasıdır. Onda hər şey qaydasındadır. Biz üç xal barəsində düşünürdük. Hər iki cəbhədə mübarizə apardığımız üçün qələbə digər oyuna köklənmək baxımından önəmlidir”.
Emin Quliyev (“Rəvan”ın baş məşqçisi): “Qəbələ” komandasını təbrik edirəm, onlara uğurlar arzu edirəm. Xüsusən də müdafiə xəttində problemlərimiz var. Hazırlıq zamanı həmin problemlər artıq görünürdü”.
|