![](uploads/64392tpl1.jpg) Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib. Komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan PFL “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib. Topaz Premyer Liqasının VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib. VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 03 oktyabr 2015-ci il tarixindən 04 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.
|