![](uploads/9794871807pfl.jpg) Topaz Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklər edilib. FİFA referisi Əliyar Ağayev səhhətində yaranmış problemlər səbəbindən 5-ci turda meydançaya çıxmayacaq. Odur ki, AZAL – “İnter” görüşündə İnqilab Məmmədov idarəçilik edəcək. Əliyar Ağayevi əlavə köməkçi kimi təyinat aldığı “Neftçi” – “Xəzər Lənkəran” görüşündə isə Fariz Yusifov əvəzləyəcək.
|