![](uploads/29684qarabagyeni.jpg) Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” ilk oyununu keçirdi. Qurban Qurbanovun rəhbərlik etdiyi təmsilçimiz səfərdə İngiltərənin adlı-sanlı “Tottenhem” klubu ilə üz-üzə gəldi. Oyunda hesabı “Qarabağ” açsa da, sonradan nəzarəti ələ keçirən meydança sahibləri 3-1 hesablı qələbə qazandılar. Qeyd edək ki, “Qarabağ”ın mübarizə apardığı I qrupunda keçirilən digər oyunda “Anderlext” və “Monako” üz-üzə gəldilər. Qarşılaşma 1-1 hesabı ilə başa çatdı.
|