![](uploads/4255071807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 74-cü dəqiqəsində “Sumqayıt” klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Topaz Premyer Liqasının IV turunun “Rəvan” – “Neftçi” matçının 56-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Aylton Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 6, “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 56-cı dəqiqəsində “İnter” klubunun 62 №-li futbolçusu Oleq Kurbatov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Kəpəz” – AZAL matçının 50-ci dəqiqəsində “Kəpəz” klubunun 59 №-li futbolçusu Şöhrət Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Rəvan” – “Neftçi” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 59-cu dəqiqəsində “Zirə” klubunun 33 №-li futbolçusu Xaqan Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
I Divizionun I turunun “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
I Divizionun I turunun “Bakı” – “Şərurspor” matçının 42-ci dəqiqəsində “Şərurspor” klubunun 5 №-li futbolçusu Hidayət Bəylərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun I turunun “Energetik” – “Neftçala” matçının 86-cu dəqiqəsində “Energetik” klubunun 19 №-li futbolçusu Kamran Lalayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
I Divizionun I turunun “Göyəzən” – “Bakılı” matçında “Bakılı” klubu əvəzetmə limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. (Əsasnamə 3.7) (maddə 31) , (maddə 97).
Matçın hakim inspektoru və hakimlər briqadası haqqında hər iki komitə lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
I Divizionun I turunun “Şahdağ” – “MOİK” matçının 87-ci dəqiqəsində hər iki klubun təqsiri nəticəsində oyunda məcburi fasilələr yaranmışdır. Oyunun başa çatmasına baxmayaraq baş vermiş iğtişaşlara görə hər iki klub 300 manat cərimə olunur (maddə 49.b).
Bu hal yenidən təkrar olunarsa hər iki klub daha ciddi səkildə cərimə olunacaqdır.
|