“Sumqayıt Şəhər” klubu bu gündən etibarən Unibank
Premyer Liqasının ikinci dövrəsi üçün hazırlıqlara start verir. Klubdan verilən
məlumata görə, ilk məşq saat 13:00-da Olimpiya Yığmalarının Təlim-Məşq
bazasında keçiriləcək.
“Sumqayıt Şəhər”in “Neftçi”dən mövsümün sonuna qədər icarəyə
götürdüyü yeni transferi Tərlan Quliyevdən başqa, “TUS Dornberq”dən transfer
olunan 22 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi Uğur Pamukun da məşqdə iştirak
edəcəyi bildirilir.
Qeyd edək ki, “Sumqayıt Şəhər” klubunun hazırlıq
mərhələsi iki hissədən ibarət olacaq. Birinci hissədəki toplanış yanvarın 5-dən
15-dək Bakıda baş tutacaq. Hazırlıq mərhələsinin ikinci hissəsi isə Türkiyənin
Antalya şəhərində olacaq. Belek bölgəsinin “Limak Arkadia” mehmanxanasında
məskunlaşacaq Sumqayıt təmsilçisi yanvarın 16-dan 30-dək qonşu ölkədə təlim-məşq
toplanışı keçəcək. Bu dövr ərzində üç və ya dörd yoxlama oyunu keçirməyi
planlaşdıran “Sumqayıt Şəhər”in Antalyada ilk rəqibi isə Qazaxıstan Premyer
Liqasında ikinci pillədə qərarlaşan “Jetisu” Futbol Klubu olacaq.
|