![](uploads/79161inter.jpg) Topaz Premyer Liqasının IV turunda “Qəbələ”ni qəbul edən “İnter” 2-1 hesablı qələbə qazandı. Zaur Svanadze (“İnter”in baş məşqçisi): "Çətin oyunda 3 xalı qazana bildik. İlk hissədə hesab 2-0 olarkən, çox çətin anlar yaşadıq. İkinci hissədə isə vəziyyəti bir qədər düzəltdik, daha çox hücumlar qurduq. Qələbə qazandığımız üçün çox şadam. Oyunçuları təbrik edirəm. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram. Hazırda əsas problem Rauf Əliyevin aldığı zədədir. Onun zədəsi ilə bağlı indi konkret danışa bilməyəcəyəm. Müayinədən sonra hər şey məlum olacaq". Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Mən futbolçuların oyunundan razıyam. Sadəcə, bu cür üstün oyunda məğlub olmaq çox üzücüdür. Biz məğlub olmamalı idik. Legioner limitini nəzərə alaraq, Popoviçi meydançaya buraxmışdıq. Ümumiyyətlə, hakimlərdən narazılığım yoxdur. Sadəcə, bəzi epizodlarda səhvlərlə yadda qaldılar. Qarşıda gələn PAOK oyununa hazırlaşmalıyıq".
|