29.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

Slide 1

Misli Premyer Liqası 2024/25: I turun oyun cədvəli

   Ramin Musayev: “Biz klublara həmişə dəstək olmağa çalışmışıq”      2015-09-01

Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan I Divizionunun 2015/2016-cı illər mövsümünün  püşkatma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev çempionatın reqlamenti ilə bağlı məlumat verdi və əsasnamədə  olan dəyişikliklərdən danışdı.
Daha sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış etdi. Yeni mövsümün başlanması ilə əlaqədar olaraq, hər bir klubu təbrik edən  R. Musayev çıxışı zamanı bir sıra məqamlara toxundu:
“Ötən il maraqlı çempionata şahidlik etdik. Deyərdim ki, komandalar öz oyunları ilə Premyer Liqa klublarından geri qalmadılar. Növbəti çempionatda 14 komanda iştirak edəcək. Mən komanda sayının çox olmasının tərəfdarıyam. Komanda sayı nə qədər çox olsa, iş yerlərinin sayı da bir o qədər çox olar, çox sayda oyunçu çıxış edər.  Amma bizim o qədər büdcəmiz yoxdur ki, komandalara kömək edək. Vaxtilə olub, kömək etmişik. Bunu iştirakçı komandalar da təsdiqləyə bilərlər. Biz müvafiq yollarla klublara dəstək olmuşuq. Onlara geyim dəstləri, toplar hədiyyə etmişik.  İndi də çalışırıq ki, bacardığımız qədər sizə kömək edək. Ötən il I Divizionda oyun alqı-satqısı ilə bağlı müəyyən söz-söhbətlər vardı. Mənim həyatım boyu bir  əqidəm olub. Güclünün qalib gəldiyini istəmişəm, ədalət tərəfdarı olmuşam və sözü birbaşa demişəm. Əgər bu il də belə bir şey olacaqsa, mən sizdən dəstək gözləyəcəyəm. Futbol mübarizə oyunudur. Mən başa düşə bilmirəm ki, kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun? Çempionatda iştirak edən komanda təkcə öz adı üçün oynamır. Həmin komandalar  ölkəmizin adını daşıyır. Belə şübhəli oyunlarla bağlı bizə ölkə xaricindən məktublar  gəlir. Belə olmaz… Əgər bilsək ki,  hər hansı bir komanda oyun alqı-satqısına gedib,  biz ciddi tədbirlər görəcəyik. Mən vəzifəmdən  istifadə eləmirəm, sadəcə istəmirəm ki, kiminsə haqqı tapdansın”.

Ramin Musayev çıxışına belə davam etdi: “Premyer Liqada iştirak etmək istəyən komandaların nəzərinə çatdırım ki, bu mövsüm birinci pilləni tutacaq komanda elitaya gələcək. Sadəcə, bunun üçün lisenziya şərtlərini indidən yerinə yetirmək, tələblərə cavab vermək lazımdı”.

Püşkatma mərasimindən sonra azsaylı jurnalistlərin suallarını cavablandıran PFL prezidenti “Şuşa Qarabağ”ın mübarizədən kənarda qalmasından və ötənilki süni yaşazaltma probleminə qarşı görülən tədbirlərdən danışdı:
“Ötənilki "lipa" probleminə qarşı tədbirlər görülüb. PFL tərəfindən hazırlanmış plastik və hologramlı lisenziyalarda şəkilləri dəyişmək mümkün deyil. Biz bu problemi həll etmişik. “Şuşa Qarabağ”ın kənarda qalmasına gəlincə, bu, sponsorla bağlı məsələdir. Mən çox şəxslərlə görüşüb, danışmışdım ki, kömək etsinlər. Amma yaxın duran olmadı. Baş məşqçi Nadir Qasımov bu yaşda gəlib komandanı çalışdırdı, canından keçdi. Buna baxmayaraq, komandaya dəstək olmadılar. Heç oyunlarına belə gəlmədilər”.

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: