Topaz Premyer Liqasının III turuna bu gün keçirilən “Xəzər Lənkəran” – “Rəvan” görüşü ilə start verildi. Oyun 1-1 hesabı ilə başa çatdı.
Emin Quliyev (“Rəvan”ın baş məşqçisi): “Oyun maraqlı keçdi. Bir daha vurğulayım ki, biz 20 günə komanda formalaşdırmışıq. Çatışmayan cəhətlərimiz çoxdu. Bunların üzərində işləmək lazımdır. Mən hakimlərdən çox narazıyam. Məncə, penalti yox idi. Bunu aydınlaşdırarıq. Amma baxanlar penaltinin olmadığını deyir. Ümumilikdə götürsək, komandamı 1 xal münasibəti ilə təbrik edirəm. “Xəzər Lənkəran” komandasına isə uğurlar arzulayıram”.
Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Matçın ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq, 3 xal qazanmaq istəyirdik. İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq. Bütün bunlara baxmayaraq, gənc futbolçular toparlandılar və 1 xal qazandılar. Qarşıda ağır oyunlarımız var. Həmin qarşılaşmalara hazırlaşacağıq”.
|