Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” klubu qrup mərhələsinə vəsiqə qazanmaq üçün əla şans əldə etdi. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda pley-off mərhələsində ilk oyununu qalib başa vurdu. İsveçrədə “Yanq Boyz” klubunu Riçard Almeydanın qolu sayəsində 1-0 hesabı ilə məğlub edən “Qarabağ” qrup mərhələsinə düşmək üçün gözəl zəmin formalaşdırdı. Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də baş tutacaq.
|